Azərbaycanda daha bir tanınmış tiktoker SAXLANILDI  - Söyüşə görə
27 mart 2023 17:26 (UTC +04:00)

Azərbaycanda daha bir tanınmış tiktoker SAXLANILDI - Söyüşə görə

“TikTok” sosial şəbəkəsində daha çox söyüşlü videolarla gündəmə gələn Əmrah Məhərrəmov saxlanılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.

O bildirib ki, Gürcüstandan ölkəyə qayıdan tiktoker hava limanında saxlanılıb.

"Tiktoker Əmrah Məhərrəmov saxlanılıb. Daha sonra Nərimanov Rayon Məhkəməsinə aparılıb".

Qeyd edək ki, bir müddət öncə tanınmış musiqiçi Hüseyn Məhəmmədoğlu bir sıra tiktokerdən DİN-ə şikayət edib. Onların arasında Əmrah Məhərrəmov da olub. Lakin adıçəkilən şəxs Gürcüstana getdiyi üçün saxlanılması mümkün olmayıb. 

Xatırladaq ki, Əmrah Məhərrəmov daha əvvəl də canlı yayımda işlətdiyi söyüşlərə görə həbsdə olub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3660
avatar

Fidan İlqar

Oxşar yazılar