Qurudulmuş marixuana
10 iyun 2021 17:29 (UTC +04:00)

Qurudulmuş marixuana

Azərbaycanda daha bir narkotacir tutuldu - FOTO

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Saatlı şəhər sakini Fuad Nuriyev saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, onun üzərinə keçirilən şəxsi axtarış zamanı yüksək təsiredici xassayə malik narkotik maddə - metamfetamin aşkarlanıb.

Davam etdirilən əməliyyat tədbirləri ilə həmin şəxsin evinə baxış keçirilən zaman oradan 3 qrama yaxın metamfetamin və 80 qram marixuana, eləcə də onun şəhər ərazisində yerləşən köhnə tikililərin birində gizlətdiyi çəkisi 4 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxs barəsində Saatlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1776
avatar

Mehman Nəbiyev

Oxşar yazılar