Azərbaycanda  BÖYÜK ƏMƏLİYYAT:   Mütəşəkkil dəstənin 50-yə yaxın üzvü tutuldu -  VİDEO
03 oktyabr 2022 11:44 (UTC +04:00)

Azərbaycanda BÖYÜK ƏMƏLİYYAT: Mütəşəkkil dəstənin 50-yə yaxın üzvü tutuldu - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı ölkəyə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik maddələr gətirən, Azərbaycan ərazisindən tranzit kimi istifadə etməklə xaricə narkotik madələr göndərməyə çalışan, onlayn, eləcə də digər üsullarla narkotiklərin satışını təşkil edən transmilli mütəşəkkil dəstənin daha 49 nəfər üzvü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, həmin şəxslərdən ümumilikdə 66 kiloqram narkotik vasitə və psixotrop maddə, 2300 ədəd psixotrop tərkibli həb, 2 tapança və 1 ədəd tüfəng aşkar edilib.

Daxil olmuş məlumat əsasında həyata keçirilən xüsusi əməliyyatlar zamanı Ümid Əliyevlə Ziyafəddin Həsənov Biləsuvar və Ucar rayonlarında, Mətləb Yusibov, Şirxan Bağırlı, eləcə də Ruqiyyə Əsgərova isə Yasamal, Suraxanı və Abşeron rayonları ərazilərində saxlanılıblar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 50 kiiloqram yüksək təsiredici narkotik maddə heroin, tiryək, marixuana, psixotrop maddə metamfetamin, 1300 ədəd psixotrop tərkibli həb, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri nağd pul vəsaitləri, qanunsuz pul dövriyyəsində istifadə etdikləri plastik kartlar və qeyd dəftərçələri aşkar edilib. Adları çəkilən şəxslər paytaxt Bakı və bölgələrdə narkotikləri əsas tədarükçülərindən olmaqla bərabər xarici ölkələrə də narkotik maddələr göndərməyə çalışıblar.

Bu şəxslərin şəbəkəsinə daxil olan şəxslərin saxlanılması istiqamətində keçirilən əməliyyat tədbirlərinin davamı narkotiklərin intensiv satışını təşkil edən daha 44 nəfər saxlanılıb. Həmin şəxslərdən isə 16 kiloqram müxtəlif növ narkotik vasitə və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Sonda bir daha vətəndaşları narkotiklərdən uzaq durmağa, bu bəla ilə mübarizədə polis əməkdaşları ilə həmrəy olmağa çağırırıq.

# 4689
avatar

Oxşar yazılar

Şağan İdman Olimpiya Kompleksində QƏTL:   yarışçı söyüşə görə...  - YENİLƏNİB

Şağan İdman Olimpiya Kompleksində QƏTL: yarışçı söyüşə görə... - YENİLƏNİB

26 noyabr 2022 , 19:45
Bakı metrosunda "cibgir" saxlanıldı

Bakı metrosunda "cibgir" saxlanıldı

26 noyabr 2022 , 14:41
Gəncədə keçmiş məhkum adam bıçaqladı

Gəncədə keçmiş məhkum adam bıçaqladı

26 noyabr 2022 , 12:39
Tapılan avtomat

Mingəçevirdə avtomat satan tutuldu - FOTO

26 noyabr 2022 , 09:25
Məktəbli dönərçini bıçaqladı

Məktəbli dönərçini bıçaqladı

25 noyabr 2022 , 18:47
Bakıda arvadı ilə dalaşan kişi 2 yaşlı oğlunu bıçaqladı

Bakıda arvadı ilə dalaşan kişi 2 yaşlı oğlunu bıçaqladı

25 noyabr 2022 , 17:05
Bakının bu rayonunda KÜTLƏVİ HƏBSLƏR:  61 nəfər... - VİDEO

Bakının bu rayonunda KÜTLƏVİ HƏBSLƏR: 61 nəfər... - VİDEO

25 noyabr 2022 , 14:38
Bakıda gənc qızı kirayədə qaldığı evdə zorladılar - ŞOK

Bakıda gənc qızı kirayədə qaldığı evdə zorladılar - ŞOK

25 noyabr 2022 , 12:44