Azərbaycanda borca görə daha 79 nəfər TUTULDU
04 noyabr 2022 14:27 (UTC +04:00)

Azərbaycanda borca görə daha 79 nəfər TUTULDU

Noyabrın 3-də ölkədə qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 30 cinayətin açılması təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 96, o cümlədən borclu şəxs qismində axtarışda olan 79 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

# 2388
avatar

Sevinc Fərid

Oxşar yazılar