Astarada DƏHŞƏT:  oğul anasını öldürdü  - YENİLƏNİB
22 avqust 2025 18:23 (UTC +04:00)

Astarada DƏHŞƏT: oğul anasını öldürdü - YENİLƏNİB

Astarada anasını qətlə yetirən saxlanılıb.

Bu barədə Lent.az-a DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 26 yaşlıü Murad Kazımzadə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırma aparılır.

***
16:30

Astarada qətl hadisəsi baş verib.

Lent.az APA-ya istinadla bildirir ki, Astara şəhərində qeydiyatda olan 26 yaşlı Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası, 47 yaşlı Məhəbbət Nurəddin qızı Qasımovaya 4 bıçaq zərbəsi yetirərək onu qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar