Xaçmazda faciəli hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə Xaçmaz şəhərində qeydə alınıb.
Şəhər sakini, 21 yaşlı İskəndərova Rəvanə Araz qızı yaşadığı hündürmərtəbəli binadan düşərək ölüb.
Hadisənin baş vermə səbəbləri məlum deyil.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.