"Daltonlar"  - gəncləri tələyə salan cinayət təşkilatı  - TikTokda təhlükə
21 avqust 2025 09:53 (UTC +04:00)

"Daltonlar" - gəncləri tələyə salan cinayət təşkilatı - TikTokda təhlükə

Son zamanlar sosial mediada “Daltonlar” kimi tanınan cinayət təşkilatına qarşı 1676 səhifəlik ittiham aktı hazırlanıb. Sənəddə qeyd olunur ki, dəstə, əsasən  TikTok olmaqla sosial mediada tez-tez video paylaşaraq liderləri Beratcan Gökdemiri “İstanbulun səfiri, küçələrin hakimi” kimi şüarlarla təbliğ edib və bununla da xüsusilə cinayətə meyilli gəncləri cəlb edib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, təşkilat üzvlərinin əsasən maddi durumu zəif və ailə həyatı qaydasında olmayan şəxslər arasından seçildiyi, lüks avtomobillərlə sadiqliklərini gücləndirildiyi və onların vasitəsilə yeni gənclərin də dəstəyə cəlb olunduğu bildirilib.

Daltonlardan gençlere ‘lüks hayat’ tuzağı

İttiham aktında gənc üzvlərin “kamikadze dronu” kimi heç bir fərq qoymadan silahlı hücumlarda istifadə edildiyi, futbol azarkeş qruplarında da təşkilatın adını yaymağa çalışdıqları vurğulanır. Əməliyyatlarda əsasən motosikletli hücum qrupları iştirak edib, buradakı rollar “motosikletçi”, “atıcı” və “joker” kimi təsnif olunub.

Hazırda xaricdə qaçaq vəziyyətdə olan Beratcan Gökdemir təşkilata rəhbərlik edir və üzvlər onun adına mahnılarla sosial mediada təbliğat aparırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar