Abşeronda arvadının boğazını kəsib öldürən Ramil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fəhmin Hümbətovun icraatına verilib.
Qeyd edək ki, mayın 30-u saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 26 yaşlı Rəqsanə Məmmədovanın öldürülməsi barədə prokurorluğa məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin keçmiş əri 35 yaşlı Ramil Məmmədovun küçədə, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Rəqsanə Məmmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Ramil Məmmədov şübhəli şəxs qismində tutulub, istintaq tədbirləri davam etdirilir.
R.Muradovanın keçmiş ərinin onun öz bibisi oğlu olduğu bildirilir.