"Albert Rıjıy" ləqəbli azərbaycanlı “qanuni oğru” Əli Heydərovun qətlində şübhəli bilinən Mətləb Sultanov hadisəni törətdiyini boynuna alıb.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, o deyib ki, kriminal avtoritetin qətlinə görə pul mükafatı alıb.
Mətləb Sultanov Əli Heydərovla aralarında şəxsi münaqişə olduğunu da söyləyib.
***
Saat 11:00
“O, “Albert Rıjı”nın yaşadığı “Alıe parusı”da özünə mənzil kirayələmişdi və onunla eyni fitness zalda məşq edirdi”. Bu sözləri LİFE ŞHOT-a Albertin qatili Mətləb Sultanovun sevgilisi Liliya adlı xanım bildirib. Liliyanın dediyinə görə, Mətləb evdə az tapılırdı. “O, mesencer yazışmalarını demək olar ki saxlamırdı, sillirdi, fotosunu çəkməyə qoymurdu. Bir sözlə, qapalı həyat tərzi keçirirdi”.
Yuliyanın dediyinə görə,Mətləb hadisə yerindən çıxan kimi avtobusa minib. İstifadə etdiyi silahı da elə avtobusda qoyub. Avtobusdan düşəndən sonra papağını başqasıyla dəyişib. Daha sonra taksi sifariş verərək evə gəlib.
***
Moskvada Albert Rıjıy ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Əli Heydərovu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə ölkənin İstintaq Komitəsi baş istintaq idarəsi rəhbərinin köməkçisi Yuliya İvanova məlumat verib.
Şübhəlinin gizləndiyi yaşayış yerində axtarış aparılıb.
Qeyd edək ki, azərbaycanlı "qanuni oğru" Əli Heydərovun (Albert Rıjıy) qatili kimi Mətləb Sultanov şübhəli bilinirdi.