Vilyam Hacıyev
01 aprel 2022 13:46 (UTC +04:00)

Vilyam Hacıyev

Adıma 7 min manat yardım yazıb özümə 200-nü verdilər – Məhkəmədə CİDDİ İTTİHAMLAR

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid, Elnur İsayev bildirib ki, İmişli rayon İcra Hakimiyyətinin binasının tikintisi zamanı Vilyam Hacıyevi tanıyıb:

"Vilyam müəllimin qəbulunda olmuşam, tanıyıram. Tikintini aparan şirkətin icraçı direktoru olmuşam".

Prosesdə şahidin sözlərinə narazılıq bildirən Vilyam Hacıyev deyib ki, şahidi tanımır.

Sahibkar Həsən Zahidov isə bildirib ki, İmişlidə yükdaşıma şirkəti var:

"Vilyam Hacıyevlə heç bir münasibətimiz olmayıb. Obyekt tikirdim, memar Rəsulov Nazim gəldi ki, tikinti qanunsuzdur. Biz sərəncamı göstərdik O isə Vilyam Hacıyevin tapşırığı ilə tikintini dayandırın dedi. Mən sərəncamı əvvəlki başçıdan almışdım. Sərəncamın surətini verdim Nazimə getdi. Sonradan zəng vurub dedi ki, tikintini davam etdirmək üçün Vilyam Hacıyev 2 min manat istəyir. Dedi ki, əks təqdirdə polis çağıracağıq. Mən də məcbur olub 2 min manat verdim. Çünki məcbur idim, tikintini dayandırmışdı. Tikintini aparmalı idim, dolanacağım ondan çıxır".

Prosesdə ifadə verən sahibkar Xəqani Cəfərov da bildirib ki, rayonun abadlaşması adı ilə ondan 5 min manat alıblar.

Digər şahid Teymur Quliyev isə qeyd edib ki, rayonda təsərrüfatla məşğuldur:

"Atamın vəziyyəti yaxşı deyildi. İmişli rayon İcra Hakimiyyətinə müraciət edib yardım istədim. Məni Cəmil Musayev çağırıb dedi ki, sənə yardım yazırıq, amma cəmi 1000 manat verəcəyik. Pula qol çəkdirdilər, 6 min manatı özləri götürdü".

Prosesdə ifadə verən İmişli rayon sakini Xəyyam Məmmədov isə bildirib ki, imkanı olmadığı üçün adına yazılan Maddi yardımı mənimsəyiblər:

"Mən icra hakimiyyətinə müraciət etdim ki, imkanım yoxdur, Maddi yardım versinlər. Mənə qol çəkdirib 7 min manat verdilər, sonra tutub əlimdən aldılar. Şikayət etməmək üçün 200 manat verib yola saldılar".

İmişli rayon sakini Habil Cəfərov isə bildirib ki, rayon ərazisində işlətdiyi yeməkxananın ərazisini böyütmək üçün müraciət edib. İcra hakimiyyətindən çağırıb bildiriblər ki, bunun üçün 1500 manat verməlisən. Sahibkar da həmin pulu verib, binanın sahəsini böyüdüb.

İmişli rayon Mənzil Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Qarayev isə bildirib ki, rayon ərazisində keçirilən tədbirlərə görə icra hakimiyyətinə rüşvət verib:

"Tədbirlər olanda pul istəyirdilər. Mən də verirdim. Müxtəlif məbləğlərdə pul vermişəm. Bir qohumum var idi, ona rayon ərazisində tikilən mənzillərdən birini almaq üçün mənə dedi, mən də Cəmilə xahiş elədim. Cəmil bunun üçün 12 min manat istədi. Mən də həmin məbləği ona verdim, sonra mənzili qohumuma verdilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2268
avatar

Fidan İlqar

Oxşar yazılar

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini  öldürdü

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü

14 dekabr 2024 , 16:15
Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45