Yaponiya avtomobil ixracında liderliyini itirdi
20 may 2023 17:00 (UTC +04:00)

Yaponiya avtomobil ixracında liderliyini itirdi

Dünyanın ən böyük avtomobil ixracatçıları olan ölkələrin reytinqində lider dəyişib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ilk dəfə olaraq, birinci yerdə 2023-cü ilin birinci rübündə 1,069 milyon avtomobil ixrac edən Çin olub.

Əldə olunan məlumatlatra görə, aprelin sonunda Çinin ixracı 376,3 avtomobilə çatıb. Bu da mart ayı ilə müqayisədə 317 faiz, keçən ilin aprel ayı ilə müqayisədə isə 170 faiz çoxdur.

Çin avtomobillərinin əksəriyyəti Rusiya, ABŞ, Meksika, Böyük Britaniya, Belçika, Yaponiya, Avstraliya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Koreyaya göndərilir.

Qeyd edək ki, əvvəlki illərdə avtomobil ixracatına görə, Yaponiya liderliyini qoruyurdu.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2010
avatar

Arzu Qurbanlı

Oxşar yazılar