Zərgərlik məmulatları bahalaşıb
10 oktyabr 2013 15:47 (UTC +04:00)

Zərgərlik məmulatları bahalaşıb

2013-cü ilin sentyabr ayında ərzaq məhsullarının qiymətləri 0,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Ay ərzində çörəyin, qarabaşaq yarmasının, almanın, armudun, heyvanın, narın, üzümün, qozun, fındığın, şabalıdın, bibərin, kələmin, çuğundurun, kökün, göyərtinin, soğanın, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşıb.

 

Buna baxmayaraq, mal və qoyun ətinin, toyuq ətinin, kolbasa məmulatlarının, düyünün, makaronun, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, kartofun, göy lobyanın, badımcanın, limonun qiymətlərində isə bahalaşma müşahidə olunub. 
 

Komitədən verilən məlumatda o da qeyd olunur ki, ayaqqabının, xalça və digər döşəmə örtüklərinin, məişət cihazlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1084

Oxşar yazılar