Yevlax-Malay mənzilində 5 kilometr yolun əsaslı təmirinə başlanıldı
03 sentyabr 2013 09:00 (UTC +04:00)

Yevlax-Malay mənzilində 5 kilometr yolun əsaslı təmirinə başlanıldı

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, bu gün dəmir yolunun Yevlax-Malay mənzilində 5 kilometr yolun əsaslı təmirinə başlanılıb.

 

Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin baş direktoru Əli Əşrəf səhər tezdən start götürən təmir işlərinin bir həftə davam edəcəyini söyləyib.

 

Dövlət Proqramının icraçı çərçivəsində əsaslı təmir işlərinə  10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 276, 1 kilometr yol əsaslı təmir olunub, bunun da 205 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatıb. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik  istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin  təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın “İxrac” Bankının nəzarət qrupu müşahidə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698
avatar

Oxşar yazılar