Yeni nazir gürcü həmkarı ilə nədən danışdı?
06 noyabr 2013 12:34 (UTC +04:00)

Yeni nazir gürcü həmkarı ilə nədən danışdı?

Kənd təsərrüfatı naziri Heydər Əsədov Gürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipiyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Lent. az-a nazirlikdən məlumat verilib. Görüşün əsas məqsədi Azərbaycan və Gürcüstan arasında kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişaf perspektivlərinin müzakirəsi olub.

Nazir H. Əsədov yeni sitruslar, çay və üzüm sortlarının genetik materialları ilə mübadilə, Azərbaycanın toxumçuluq müəssisələrində istehsal olunan yüksək keyfiyyətli toxumların Gürcüstanın heyvandarlıq təsərrüfatlarında istifadə imkanları ilə bağlı təkliflər irəli sürüb.

Nazir Azərbaycan və Gürcüstanın aqrar sahədə elmi-araşdırma institutları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün gənc mütəxəssislərin hazırlanmasının vacibliyini vurğulayıb.

Qəbula görə Heydər Əsədova təşəkkür edən Gürcüstanın kənd təsərrüfatı naziri iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı yüksək qiymətləndirərək, bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar