Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycana bağlı olan hissəsinin tikintisi bu ilin sonuna qədər başa çatdırılacaq. Bu barədə Lent.az-a İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bununla bağlı Şahin Mustafayev göstəriş verib. Nazir həmçinin, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində bütün əsas infrastruktur və sosial məsələlərin həll edilməsi, keyfiyyətə ciddi diqqət yetirilməsi, kənd yollarının təmir və tikintisi, şəhər və kəndlərin içməli su ilə təminatının yaxşılaşdırılması, qazlaşdırmanın 95-97 faizə çatdırılması ilə bağlı da tapşırıqlar verilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən o da bildirilib ki, yaxın aylarda Ələt Beynəlxalq Ticarət Limanının birinci mərhələsinin istismara verilməsi də nəzərdə tutulub.