Yanacaqdoldurma məntəqələri satışa çıxarılmağa başladı
03 sentyabr 2013 17:32 (UTC +04:00)

Yanacaqdoldurma məntəqələri satışa çıxarılmağa başladı

Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 1-də respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını açıqlayıb.

 

Əmlak Məsələləri Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, hərraca çıxarılacaq  kiçik dövlət müəssisə və obyektlərinin siyahısında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Bakı Neft Bazasının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 51 ünvanında yerləşən 51 saylı yanacaqdoldurma məntəqəsi də var.

 

Sahəsi 180,8 kv.m olan yanacaqdoldurma məntəqəsinin start və ilkin satış qiyməti  46 min 299 manatdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1007
avatar

Oxşar yazılar