Yağışlar yağsa...
25 yanvar 2013 16:41 (UTC +04:00)

Yağışlar yağsa...

Sabir Vəliyev: “Problem olmayacaq”

 

“Havanın bu cür keçməsi şübhəsiz ki, kənd təsərrüfatına ziyandır”. Bunu Lent.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri Sabir Vəliyev bildirib. Şöbə müdirin sözlərinə görə, əsasən giləmeyvələrdə məhsuldarlığın aşağı düşməsi gözlənilir: “Havaların mülayim keçməsi zərərvericilərin artmasına səbəb olacaq. Bu da müəyyən mənada taxılçılığa təsir göstərəcək”.

 

Bununla əlaqədar kənd təsərrüfatı nazirinin tapşırığına əsasən KTN-in tabeliyində olan elmi-tədqiqat institutlarının mütəxəssislərinin rayonlara ezam olunduğu bildirən S. Vəliyev onu da vurğulayıb ki, bu il ölkədə ərzaq qıtlığı yaşanmayacaq: “Meyvəçilik əsasən şimal rayonlarındadır. O rayonlarda da hazırda qar var. Aran rayonlarında olan pambıqçılığa, meyvəçiliyə az da olsa mənfi təsir göstərəcək. Onu da qeyd edim ki, hazırda Fitosanitar Xidmətin əməkdaşları da regionlardadır və onlar zərərvericilərlə mübarizəyə cəlb ediliblər. Artıq sabahdan da havaların soyuyacağı deyilir. Bu da bitkiçiliyə müsbət təsir göstərən amillərdəndir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1056

Oxşar yazılar