Xidmət rəisindən xəstəliklərlə mübarizə aparmaqla bağlı tapşırıq
24 oktyabr 2013 16:01 (UTC +04:00)

Xidmət rəisindən xəstəliklərlə mübarizə aparmaqla bağlı tapşırıq

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində «Epizootik tədbirlərin nəzarəti rəqəmlərinin müəyyənləşdirilməsi üçün komissiya» 2013-cü ilin 9 aylıq tədbirlər planının rayon (şəhər) baytarlıq idarələri  tərəfindən yerinə yetirilməsi və 2014-cü il üçün yerlərdə aparılacaq epizootik tədbirlərin nəzarəti rəqəmlərinin müəyyənləşdirilməsini həyata keçirib. Bu barədə Lent.az-a Qurumun mətbuat katibi Yolçu Xanvəli bildirib.

 

Komissiyada adıçəkilən məsələlərə baxıldıqdan sonra onun nəticələri Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmovanın rəhbərliyi altında keçirilən toplantıda müzakirə olunub. Baytarlıq idarələrinin daha məsuliyyətlə işləmələri, profilaktiki tədbirlərin təlimata uyğun aparmaları, yerlərdə bioloji preparatların tələb olunan şəraitdə saxlanılmasına xüsusi diqqət yetirmələri tövsiyə olunub, eləcə də ölkədə dabaq, qarayara, quduzluq və digər bu kimi iti yoluxucu xəstəliklərə qarşı mübarizənin aparılmasına diqqətin göstərilməsi tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 894

Oxşar yazılar