Xəzərin neft və qaz ehtiyatları müvafiq olaraq 48 milyard barel və 8.2 trilyondur. Lent.az-ın məlumatına görə, neft ehtiyatlarının 75 faizi, qaz ehtiyatlarının isə 67 faizi sahildən 160 km aralıda yerləşən dəniz yataqlarında yerləşir.
Bu proqnozlar ABŞ Enerji Nazirliyinin hesabatında öz əksini tapıb. Nazirlik ekspertlərinin fikrincə, Rusiyanın payına bu ehtiyatlardan 6.1 milyard barel neft və 3 trilyon kub metr qaz düşür. ABŞ hökuməti ekspertlərinin hesablamalarına görə, ötən il Xəzər regionunda gündə 2.6 milyon barel neft hasil olunurdu ki, bu da dünyada “qara qızıl” istehsalının 3.4 faizini təşkil edirdi. Xəzər regionunda hasil edilən neftin 35 faizi dəniz yataqlarının payına düşür.
Ekspertlərin hesablamaların görə, gələcəkdə Xəzərdə karbohidrogen istehsalı əsasən qaz yataqlarının istismarı hesabına olacaq.