Xəzər Dəniz Gəmiçiliyi idarəsi ləğv edildi
22 oktyabr 2013 19:49 (UTC +04:00)

Xəzər Dəniz Gəmiçiliyi idarəsi ləğv edildi

Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması ləğv edilsin və onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.


Sərəncama əsasən  ləğv edilmiş Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının əmlakı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə verilib.
 

Nazirlər Kabineti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin layihəsini və strukturu barədə təkliflərini bir ay müddətində təqdim etməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4550
avatar

Oxşar yazılar