Vətəndaşlar vergi orqanlarının vəzifəli şəxslərindən şikayət ediblər
17 oktyabr 2013 14:43 (UTC +04:00)

Vətəndaşlar vergi orqanlarının vəzifəli şəxslərindən şikayət ediblər

Bu ilin 9 ayı ərzində dövlət vergi orqanlarına 51703 müraciət daxil olub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 35,4 faiz çoxdur. Bu barədə Lent.az-a Vergilər Nazirliyindən məlumat verilib. Müraciətlərdən 97,9 faizi ərizə, 1,9 faizi şikayət, qalanı təklif olub. 322 şikayətin icrası xüsusi nəzarətə götürülüb və müraciətlərin 77 faizi müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş 990 şikayətdən 308-i eyni, 82-i təkrardır, yəni faktiki olaraq şikayətlər cəmi 600 məsələ barədədir. Şikayətlərin faktiki sayından 49,5%-i operativ nəzarət, 20,5%-i audit, 14,7%-i bəyannamə, 15,3 faizi digər sahələr üzrədir. 2013-cü ilin 9 ayı  ərzində Vergilər nazirliyinin Aparatında  532 vətəndaş qəbul edilib.

Qəbul edilmiş vətəndaşların müraciətlərinin 20,3 farizi vergi orqanlarında işə qəbul olunma, 2,6 faizi iş yerinin dəyişdirilməsi, 2,4%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayət, 74,7%-i maddi yardım almaq, şəxsi və digər məsələlərlə əlaqədar olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1805

Oxşar yazılar