2015-ci ilin noyabr ayı ərzində vergi orqanlarına 8 933 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5% çoxdur. Lent.az Vergilər Nazirliyinin saytına istinadən xəbər verir ki, daxil olmuş müraciətlərdən 95,5%-i ərizə, 4,3%-i şikayət, 0,2%-i təklifdir.
Müraciətlərin 34,3%-i müxtəlif arayışların alınması, 33,9%-i kameral vergi yoxlamaları, 7%-i vergi borcları, 2,6%-i səyyar vergi yoxlamaları, 1,7%-i operativ vergi nəzarəti tədbirləri, 0,6%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,5%-i korrupsiya hüquqpozmaları, qalanları isə digər məsələlərlə bağlı olub.
Müraciətlərdən 61,3%-i müsbət həll olunub.
Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 298 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafikinə əsasən, 27 noyabr 2015-ci il tarixdə vergilər naziri cənab Fazil Məmmədov tərəfindən Biləsuvar rayonunda vətəndaşların qəbulu keçirilib.