Vergilər Nazirliyinin vəzifəsi, funksiyaları dəyişdi
23 iyul 2013 20:11 (UTC +04:00)

Vergilər Nazirliyinin vəzifəsi, funksiyaları dəyişdi

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, Vergilər Nazirliyinin vəzifələri sırasına vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat vermək daxil edilib.

Vergilər Nazirliyinin funksiyasına da dəyişiklik edilib. İndiyə qədər Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatını həyata keçirir və dövlət reyestrini aparır və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə aidiyyəti dövlət orqanlarına göndərib. Bundan sonra isə kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatını həyata keçirir və dövlət reyestrini aparır və bununla bağlı məlumatları “(kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla)”  qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə aidiyyəti dövlət orqanlarına göndərəcək. Eyni zamanda Vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onların vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumatlar almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə biləcək.

 

Nazirliyin hüquqlarına edilən dəyişikliyə gəlincə, indiyə qədər  nazirliyin vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarda (ərazilərdə) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, qanunla müəyyən edilmiş qaydada sənədləri və nümunə kimi əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) Vergi Məcəlləsində müəyyən edilmiş hallarda Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydada inventarizasiyasını aparmaq hüququ olub.  Bundan sonra isə nazirliyin vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarda (ərazilərdə) Azərbaycan Respublikasının istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, qanunla müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və nümunə kimi əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) Vergi Məcəlləsində müəyyən edilmiş hallarda Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq hüququ olacaq.

 

Eyni zamanda nazirliyə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq,
vergi risklərinin minimallaşdırılması məqsədi ilə vergi ödəyiciləri ilə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada və formada “Vergi partnyorluğu sazişi” bağlamaq” hüququ verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2577

Oxşar yazılar