Vergilər Nazirliyində yeni departament yaradıldı
25 dekabr 2015 12:42 (UTC +04:00)

Vergilər Nazirliyində yeni departament yaradıldı

 

Vergilər Nazirliyində yenidən struktur dəyişikliyi edilib.

 

Lent.az-ın Nazirliyə istinadən məlumatına görə, nazir Fazil Məmmədov əmri ilə Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamenti yaradılıb. 

 

Yeni yaradılmış strukturun ştat tərkibi Bakı Vergilər Departamentinin işçiləri hesabına formalaşdırılıb.

 

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur Fətizadə 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsinə təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256
avatar

Oxşar yazılar