Vergilər Nazirliyi büdcəyə 6 milyarda yaxın vəsait ödəyib
15 noyabr 2013 16:35 (UTC +04:00)

Vergilər Nazirliyi büdcəyə 6 milyarda yaxın vəsait ödəyib

Bu ilin yanvar-oktyabr aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 5 milyard 768 milyon 165,6 min manat vəsait daxil olub. Bu barədə Lent.az-a Vergilər Nazirliyindən məlumat verilib.


Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 768 milyon 165,6 min manat təşkil edib. Bu məbləğin 39,3 faizi mənfəət vergisinin, 24 faizi əlavə dəyər vergisinin, 11,7 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,4  faizi aksizlərin, 17,6 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 88 milyon 887,6 min manat vəsait daxil olub. Yanvar-oktyabr aylarında respublika üzrə 59 min 837 vergi ödəyicisi, o cümlədən elektron qaydada 29 min 777 (49,8 faiz) vergi ödəyicisi qeydiyyata alınıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757

Oxşar yazılar