Vergilər Nazirliyi büdcəyə 5 milyarda yaxın pul ödəyib
18 oktyabr 2013 10:33 (UTC +04:00)

Vergilər Nazirliyi büdcəyə 5 milyarda yaxın pul ödəyib

Bu ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 4 milyard 951 milyon 610,2 min manat vəsait daxil olub. Bu barədə Lent.az-a Vergilər Nazirliyindən məlumat verilib.

Bu məbləğin 36,5 faizi mənfəət vergisinin, 25,3 faizi əlavə dəyər vergisinin, 12,3 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,7  faizi aksizlərin, 18,2 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 743 milyon 862,2 min manat vəsait daxil olub.

Yanvar-sentyabr aylarında respublika üzrə 54 min 835 vergi ödəyicisi, o cümlədən elektron qaydada 29 min 484 (53,8 faiz) vergi ödəyicisi qeydiyyata alınıb. 1 oktyabr 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 526 min 218 olub ki, bu da 1 oktyabr 2012-ci il tarixə  qeydiyyatda olan vergi ödəyicilərinin sayından 12,6 faiz çoxdur.  

2013-cü ilin yanvar-sentyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,6 faiz təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832

Oxşar yazılar