Vergilər Nazirliyi: Bir ildə 39125 qanun pozuntusu aşkar edilib
10 yanvar 2013 19:43 (UTC +04:00)

Vergilər Nazirliyi: Bir ildə 39125 qanun pozuntusu aşkar edilib

Ötən il ərzində vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı  39125 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Bu barədə Lent.az-a Vergilər Nazirliyindən məlumat verilib. 

Onlardan 19279-nun (49,3 %) nağd hesablaşmaların aparılması qaydalarını pozduğu, 4013-nün (10,6 %) tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul etdiyi və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla alıb-satdığı və ya dəyişdirdiyi, 3536-nın (9,04 %) vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 5803-nün (14,4 %) xüsusi razılıq  (lisenziya) almadan sahibkarlıqla məşğul olduğu müəyyən edilib.

Hesabat dövründə 4133 vergi ödəyicisi tərəfindən 7027 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 1670 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 691 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 10448 ədəd mal olduğu aşkarlanıb.

Aşkar olunmuş qanun pozuntuları ilə bağlı qanunamüvafiq tədbirlər görülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 845
avatar

Oxşar yazılar