Vergilər Nazirliyi 3114 qanun pozuntusu aşkar edib
05 sentyabr 2013 16:37 (UTC +04:00)

Vergilər Nazirliyi 3114 qanun pozuntusu aşkar edib

Vergilər Nazirliyi operativ nəzarət tədbirləri haqqında məlumat yayıb. Lent.az-ın məlumatına görə, ötən ay ayı ərzində operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 3114 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. 1774 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 349 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 151 vergi ödəyicisinin  vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi,  284 vergi ödəyicisinin xüsusi razılıq  (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edib.

Operativ nəzarət tədbirləri zamanı 437  vergi ödəyicisi tərəfindən 695 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 74 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı,  19  vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 191 ədəd mal olduğu aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 977

Oxşar yazılar