Vergilər Nazirliyi 100-ə yaxın işçisini cəzalandırıb - YENİLƏNİB
28 dekabr 2013 12:00 (UTC +04:00)

Vergilər Nazirliyi 100-ə yaxın işçisini cəzalandırıb - YENİLƏNİB

Vergilər Nazirliyi öz əməkdaşlarının etik davranış qaydalarına əməl etmələrinə, vergi ödəyicilərinin və vətəndaşların bu məsələ ilə bağlı müraciətlərinin araşdırılmasına xüsusi diqqət yetirir. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. 2013-cü il ərzində Vergilər Nazirliyinə vətəndaşlardan “Vergi işçisinin etik davranış kodeksi”nin  tələblərinin pozulması ilə əlaqədar 55 şikayət daxil olub.

“Vergi işçisinin etik davranış kodeksi”nin  tələblərinin pozulması ilə bağlı 17 əməkdaşın vergi orqanlarında xidmətlərinə xitam verilmiş, 4 əməkdaş aşağı vəzifəyə keçirilib, 4 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınmış, 22 nəfərə şiddətli töhmət, 47 nəfərə töhmət verilib, 7 əməkdaşa xəbərdarlıq elan edilib.  

2013-cü il ərzində etik davranış məsələləri ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsinə diqqət artırılıb. Vergilər Nazirliyinin Tədris Mərkəzində keçirilən ilkin hazırlıq və ixtisasartırma kurslarının tədris proqramına “Vergi ödəyiciləri ilə qarşılıqlı münasibətlərdə işgüzar ünsiyyət etikası və Vergi işçisinin etik davranış kodeksi” mövzsu əlavə edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2267

Oxşar yazılar