Martın 13-də vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov Amerika Birləşmiş Ştatlarının Yayım Şurası idarə heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefrey Trimblin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Vergilər Nazirliyindən Lent.az-a verilən məlumata görə, görüşdə “Azadlıq Radiosu”nun Azərbaycandakı nümayəndəliyində aparılan vergi yoxlamaları ilə bağlı məsələlər müzakirə edilib.
Yoxlamanın detalları və aşkar edilmiş nöqsanlar barəsində geniş fikir mübadiləsi aparılıb.