Azərbaycanın valyuta ehtiyatları açıqlanıb.
Mərkəzi Bankın Kommunikasiya Departamentindən Lent. az-a verilən məlumata görə, Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2013-cü ilin 9 ayı ərzində 1 milyard 568 mln. dollar (13,4 %) artaraq, dövrün sonuna 13 milyard 262,7 mln. dollar təşkil edib.