Valyuta ehtiyatımız 40 mlrd. dollara bərabərdir
19 yanvar 2016 14:09 (UTC +04:00)

Valyuta ehtiyatımız 40 mlrd. dollara bərabərdir

Azərbaycanın strateji valyuta ehtiyatları 40 mlrd. ABŞ dollarına bərabərdir.

 

APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədriElman Rüstəmov deyib.

 

E. Rüstəmovun sözlərinə görə, dünyada baş verən proseslər, neftin qiymətinin 4 dəfə aşağı düşməsi səbəbindən xərclərimiz gəlirlərimizi ödəmir. E. Rüstəmov əlavə edib ki, neftin qiyməti ilə bağlı proqnoz vermək mümkün olmadığından büdcə xərclərində qənaət edilməsi vacibdir: "Bu gün bizim strateji valyuta ehtiyatlarımız 40 milyard dollardır. Bu, sabitlik komfortudur. Neftin qiyməti ilə bağlı proqnoz vermək mümkün deyil ki, bu nə qədər davam edəcək. Buna görə, strateji valyuta ehtiyatları ilə bağlı kifayət qədər ehtiyatlı davranmalıyıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228
avatar

Oxşar yazılar