“İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyalar aradan qaldırıldıqdan sonra bu ölkə ilə yenidən əməkdaşlıq etməyə hazırıq”.
APA-nın “Təsnim” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.
Onun sözlərinə görə, “LUKoil” hidrokarbon ehtiyatları olan hər bir regionda işləməkdə maraqlıdır.
Qeyd edək ki, “LUKoil” İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyalara görə bu ölkə ilə əməkdaşlığını dayandırıb. Şirkət bundan əvvəl 75%-i Norveçin “Statoil” şirkətinə məxsus olmaqla “Anaran” karbohidrogen hövzəsində fəaliyyət göstərib.