Ümumdünya böhranı ilə bağlı 50 konfrans keçiriləcək
01 aprel 2014 14:55 (UTC +04:00)

Ümumdünya böhranı ilə bağlı 50 konfrans keçiriləcək

Mayın 21-dən 23-dək Qazaxıstanın paytaxtı Astanada Yeddinci Astana İqtisadi Forumu (AİF) keçiriləcək. Beynəlxalq Avrasiya Mətbuat Fondunun informasiya departamentindən Lent.az-a verilən məlumata görə, bu barədə forumun mətbuat xidmətindən məlumat  daxil olub. Belə ki, aprelin 30-na qədər G-Global informasiya-kommunikasiya platformasında AİF və Ümumdünya Antiböhran II Konfransı ( DAK) onlayn rejimdə 50 videokonfrans keçirəcək.


Videokonfranslarda BMT-nin Baş Assambleyası (qətnamə A/RES/68/201 “Beynəlxalq
maliyyə sistemi və inkişafı 20.12.2013-cü il”) tərəfindən dəstəklənən Dünyəvi Antiböhran konsepsiyasının II DAK-a qəbul olunması barədə müzakirələr davam edəcək.

Beynəlxalq təcrübədə spikerlər ilk dəfə Vll AİF və DAK-la birlikdə əsas məsələləri, dünya
iqtisadiyyatının aktual problemləri, eləcə də gələcək tədbirlər üçün müxtəlif fikirləri onlayn rejimdə bölüşəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484
avatar

Oxşar yazılar