Ukrayna TANAP-a maraq göstərir
24 dekabr 2012 20:38 (UTC +04:00)

Ukrayna TANAP-a maraq göstərir

Bu barədə APA-ya açıqlamasında Ukraynanın hakim Regionlar Partiyasından olan deputat Vadim Kolesniçenko deyib. O, bildirib ki, bu səbəbdən Ukrayna yalnız Qara dəniz vasitəsilə təbii qazı əldə edə bilər: “Çünki Rusiya Xəzər qazının Ukraynaya normal şəkildə ötürülməsinə hazır deyil. Bu səbəbdən Qara dəniz kollektoru ilə bağlı məsələ bizim üçün prinsipial əhəmiyyət daşıyır”.

 

V. Kolesniçenko qeyd edib ki, Türkiyə və Azərbaycan arasında reallaşacaq Trans Anadolu təbii qaz kəməri – TANAP Ukraynanın enerji risklərinin diversifikasiyası, müxtəlif enerji mənbələrinə çıxış üçün olduqca əhəmiyyətli layihə ola bilər: “Müxtəlif enerji mənbələrinin olması Ukraynanın milli təhlükəsizlik məsələsidir. Biz bütün dünyada fəaliyyətimizi alternativ enerji mənbələrinin tapılmasına yönəldirik. Biz qazın əvəzində qarşı tərəfi istənilən ölçülü borular, müxtəlif qazma əməliyyatları üçün avadanlıqlar və mütəxəssislərlə təmin edə bilərik. Bizim avadanlıqlar yüksək səviyyədədir və bu sahədə kifayət qədər peşəkar mütəxəssislərimiz var. Ukrayna heç kimin çörəyinə möhtac olmaq istəmir və istənilən layihəyə qoşulanda neft, qaz layihələrinə öz avadanlıqlarını və mütəxəssislərini cəlb edə bilər, onların istismarında yaxından iştirak edə bilər”.

 

Ukraynalı deputatın sözlərinə görə, Cənub və Şimal axını layihələri Ukraynanın ağrılı mövzularıdır: “Çünki onlar bizim ölkədən yan keçir, bizi tranzit imkanlarından məhrum edir”.

 

 

# 832
avatar

Oxşar yazılar