Ukrayna hökuməti Rusiyaya 3 milyard dollarlıq borcun ödənilməsinə moratorium tətbiq edib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu bəyan edən Ukrayna baş naziri Arseniy Yatsenyuk bildirib ki, müvafiq qərarın əsasında Kiyevin cəhdlərinə baxmayaraq, Rusiyanın borcun restrukturizasiyası ilə bağlı sazişi imzalamaqdan imtina etməsi dayanır.
O, həmçinin qeyd edib ki, Ukrayna Nazirlər Kabineti Rusiya ilə məhkəmə çəkişmələrinə hazırdır.
Qeyd edək ki, Ukraynanın Rusiyaya olan borcunun ödənilməsi ilə bağlı son tarix dekabrın 20-də bitir.