Türkiyəli naziri: “Bakı-Tiflis-Qars dəmiryolunda sınaq sürüşü planlaşdırıldığı vaxtda olacaq”
30 oktyabr 2013 20:14 (UTC +04:00)

Türkiyəli naziri: “Bakı-Tiflis-Qars dəmiryolunda sınaq sürüşü planlaşdırıldığı vaxtda olacaq”

“Bakı-Tiflis-Qars dəmir yolu xəttində sınaq sürüşü planlaşdırıldığı vaxtda olacaq”.

Bu sözləri APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyənin nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binali Yıldırım deyib.

 

APA-nın “bu il martın 1-də İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə nazirlərinin iştirakı ilə keçirilən toplantıdan sonra dəmir yolu xəttində sınaq sürüşünün bu ilin dekabrında həyata keçiriləcəyini demişdiniz. Planda hər hansı dəyişiklik varmı?”- sualına B. Yıldırım belə cavab verib: “Olacaq, olacaq, vaxtında olacaq. Bilirsiniz ki, ondan əvvəlki hədəfimiz 29 oktyabrda İstanbuldakı Marmaray xəttini açmaq idi, bunu vaxtında həyata keçirdik. Növbəti hədəfimiz, planlaşdırdığımız kimi, Bakı-Tiflis-Qars dəmir yolunda sınaq sürüşlərini dekabrda həyata keçirib daha sonra ən yaxın vaxtda xətti istifadəyə verməkdir. O xəttin Marmaraya birləşdirilməsi ilə Azərbaycandan Avropaya dəmiryolu xətti açılmış olacaq ki, bu da bizim ən böyük hədəfimizdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 844
avatar

Oxşar yazılar