Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının biznes forumu keçirilib
19 fevral 2014 21:42 (UTC +04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının biznes forumu keçirilib

Bu gün Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin biznes forumu keçirilib.

 

Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən rəsmi şəxslərlə yanaşı, 100-dən artıq iş adamı iştirak edib.

 

Biznes forumda Azərbaycan kənd təsərrüfatı və qida sənayesi, tikinti, tekstil, inşaat materialları, əczaçılıq, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 26 şirkətlə təmsil olunub.

 

Biznes forumu giriş sözü ilə açan TDƏŞ-in baş katibi Halil Akıncı biznes forumun Şuraya üzv ölkələrin iş adamları arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, TDƏŞ-in fəaliyyəti, görülən işlər, türkdilli ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Sonra Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan nümayəndələr TDƏŞ çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə dair müxtəlif məruzələrlə çıxış ediblər.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) nümayəndəsi Zaur İbrahimov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib. O, Azərbaycanın qazandığı iqtisadi uğurlar, iştirakçısı olduğu irimiqyaslı regional layihələr, Azərbaycanda yerli və xarici iş adamları üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, Azpromo-nun fəaliyyəti barədə geniş məlumat verib.

 

Forum ikitərəfli görüşlərlə davam edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 443
avatar

Oxşar yazılar