Ticarət obyektlərində xidmət qaydaları təsdiq edildi
14 aprel 2014 10:40 (UTC +04:00)

Ticarət obyektlərində xidmət qaydaları təsdiq edildi

 

 

Baş nazir Artur Rasizadə "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın təsdiq edilməsi haqqında qərar verib. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.  Qərara əsasən,  istehsalçı qrafikdə nəzərdə tutulan müddətdə və çeşiddə məmulatların ünvanlara çatdırılmasını təmin edəcək.

 

Qərarda həmçinin o da qeyd olunur ki, ticarət obyektləri ayda 1 dəfədən az olmayaraq, istehsalçı müəssisədən daxil olan məmulatların nümunələrinin keyfiyyətini və təhlükəsizliyini təsdiq edən akkreditasiya olunmuş laboratoriyalarda keçirilmiş sınaqların nəticələrini tələb etməlidir.

 

Ticarət (xidmət) obyekti istehlakçılara müəyyən edilmiş iş saatlarında xidmət göstərəcək. Qərara əsasən, nahar fasiləsində və obyektin iş vaxtı bitdikdə, istehlakçıların ticarət və xidmət zalına daxil olmasına icazə verilmir və iş vaxtının sonunda obyektin işçiləri istehlakçılara iş vaxtının bitməsi barədə məlumat verəcək: “Malların keyfiyyəti, markalanması, saxlanma rejimi və forması (temperaturu, nəmliyi, saxlanma müddətləri) normativ-texniki sənədlər, standartlar və təchizat müqavilələri ilə müəyyən edilmiş tələblərə cavab verməlidir”.

 

Nazirlər Kabinetinin qərarında o da qeyd olunur ki, ticarət (xidmət) obyektlərində işə qəbul edilən işçilər qanunvericiliyə uyğun olaraq və Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada vaxtaşırı tibbi müayinədən (baxışdan) keçməlidirlər.

 

Polimer materiallardan olan örtüklər hər gün havaya verilməli və qurudulmalı, onların təmiz şəkildə saxlanılmasına riayət olunmalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1136

Oxşar yazılar