Tbilisidə SOCAR və Gürcüstan hökuməti danışıq aparır
13 yanvar 2016 14:51 (UTC +04:00)

Tbilisidə SOCAR və Gürcüstan hökuməti danışıq aparır

 

 

Gürcüstanın paytaxtı Tbilisidə bu ölkənin hökumət rəsmiləri və SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında danışıqlar keçirilir.

 

"APA-Economics" xəbər verir ki, müzakirə predmeti Gürcüstana nəql olunan qazın qiymətidir.

 

Görüş KİV üçün qapalı şəraitdə keçirilir.

 

Gürcüstan tərəfini baş nazir Georgi Kvirikaşvili və onun birinci müavini, energetika naziri Kaxa Kaladze təmsil edir.

 

Xatırladaq ki, ötən gün K. Kaladze Rusiya tərəfinin Gürcüstana nəql olunan qaza görə Azərbaycandan daha ucuz qiymət təklif etdiyini bildirib. Lakin baş nazirin müavini qiyməti açıqlamayıb. Bununla yanaşı, o qeyd edib ki, Rusiya tərəfinin təklif etdiyi qiymət SOCAR-a təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Oxşar yazılar