Taner Yıldız: “ İranla əməkdaşlığı davam etdirmək istəyirik”
31 oktyabr 2013 11:02 (UTC +04:00)

Taner Yıldız: “ İranla əməkdaşlığı davam etdirmək istəyirik”

Türkiyə enerji sahəsində İranla əməkdaşlığı davam etdirmək istəyir.


 

APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib.

 

Onun sözlərinə görə, İran  qonşu və qardaş ölkə olması səbəbindən Türkiyənin laqeyd qalacağı bir ölkə deyil: “BMT ilə ortaq məxrəci tapmaq səylərimiz də bizim əvvəlcədən nəzərdə tutduğumuz bir ssenaridir. Bu ölkədə dünyanın ən mühüm neft və təbii qaz yataqları mövcuddur. Ona görə də Türkiyənin də dünyanın digər dövlətləri kimi laqeyd qalmadığı bir ölkədir”.

 

T.Yıldız deyib ki, rəsmi Ankara Tehranla layihələrini davam etdirəcək: “Türkiyə təbii qaz idxalındakı ən böyük 5 tədarükçüsündən birinin İran olduğunu bu vəsilə ilə ifadə etmiş olacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726
avatar

Oxşar yazılar