Statistika Komitəsinin təşkilati strukturu yenidən qurulacaq
22 dekabr 2012 15:38 (UTC +04:00)

Statistika Komitəsinin təşkilati strukturu yenidən qurulacaq

Bakı şəhər, Göygöl, Oğuz, Füzuli, Zərdab və Şamaxı rayon statistika idarələri üçün yeni inzibati binalar tikiləcək

 

Dövlət Statistika Komitəsinin təşkilati strukturu yenidən qurulacaq. Lent.az-ın verdiyi məlumata görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli sərəncamı ilə təsdiq etdiyi 2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramında qeyd olunub.

Dövlət statistika orqanlarının fəaliyyətinin idarə edilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən və digər dövlət qurumlarından alınan inzibati məlumatlara dair məlumat bazasının, statistik işlərin əmək tutumunun uçotunun avtomatlaşdırılmış sistemlərinin yaradılması və aparılması, ölkədə həyata keçirilən islahatlar çərçivəsində Bakı şəhəri rayonlarının statistika şöbələrinin və digər yerli statistika orqanlarının təşkilati strukturuna yenidən baxılması, regional qurumların fəaliyyət mexanizminin təkmilləşdirilməsi, statistika sisteminin İKT avadanlıqlarının yeniləşdirilməsi, daha müasir standart proqram təminatı paketlərinin, informasiya bazalarının, məlumat bazalarının idarə edilməsi sistemlərinin (MBİS) alınması və tətbiqi ilə bağlı tədbirlər həyata keçiriləcək. Eyni zamanda yerli statistika orqanlarının iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhər, Göygöl, Oğuz, Füzuli, Zərdab və Şamaxı rayon statistika idarələri üçün yeni inzibati binaların tikilməsi təmin ediləcək.

 

# 1253
avatar

Oxşar yazılar