SOCAR Ukraynada yanacağın qiymətini endirib
25 avqust 2015 17:49 (UTC +04:00)

SOCAR Ukraynada yanacağın qiymətini endirib

0
Ukraynanın yanacaqdoldurma məntəqələri şəbəkəsinə sahib olan iri şirkətlər dünya birjalarında neftin ucuzlaşması fonunda istehlakçılara təklif olunan yanacağın qiymətini aşağı salıb.

 

"APA-Economics" Ukraynanın UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə "A-95" konsaltinq qrupunun həyata keçirdiyi monitorinqin nəticələrində qeyd olunur.

 

Məlumata görə, avqustun 21-25-i "Amic", "Shell", Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), WOG, OKKO kimi YDM şəbəkəsinə sahib olan iri şirkətlər yanacağın qiymətlərini təqribən 0,50-0,60 Ukrayna qrivnası aşağı salıb.

 

"Dizel yanacağının qiymətində müşahidə olunan qiymət enməsi artıq benzinin qiymətinə də təsir edib", - deyə məlumatda vurğulanır.

 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi məzənnələrinə əsasən, 1 Ukrayna qrivnası 0,0467 manatdır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 555

Oxşar yazılar