Rövnəq Abdullayev Kaxa Kaladze ilə görüşüb
04 fevral 2016 17:37 (UTC +04:00)

Rövnəq Abdullayev Kaxa Kaladze ilə görüşüb

0

Fevralın 4-də Gürcüstan baş nazirinin müavini və energetika naziri Kaxa Kaladzenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər çərçivəsində SOCAR-da olub. Lent.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, şirkətin prezidenti Rövnəq Abdullayevlə aparılan danışıqlarda ikitərəfli əməkdaşlıq məsələləri, Cənub Qaz Dəhlizinin inkişaf perspektivləri, Cənubi Qafqaz Boru Kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisinin gedişi, həmçinin Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər və onların həll yolları müzakirə olunub.

 

Tərəflər danışıqların və müntəzəm görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 527

Oxşar yazılar