SOCAR ötən ay dövlət fonduna 118 milyon manat ödəyib
09 fevral 2016 15:43 (UTC +04:00)

SOCAR ötən ay dövlət fonduna 118 milyon manat ödəyib

0

 

SOCAR bu ilin yanvar ayı dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişlərini açıqlayıb.

 

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, ötən ay SOCAR dövlət büdcəsinə 117 mln. 691 min manat vəsait ödəyib. Bu, 2015-ci ilin yanvar ayı ilə müqayisədə 811 min manat və ya 0,7% azdır.

 

Bundan əlavə, bu ilin yanvar ayında SOCAR DSMF-yə 10 mln. 128 min manat vəsait köçürüb. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 1 mln. 803 min manat və ya 11,1% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 392

Oxşar yazılar