SOCAR-ın Türkiyə nümayəndəliyi Ankaraya köçürülüb
10 aprel 2015 18:03 (UTC +04:00)

SOCAR-ın Türkiyə nümayəndəliyi Ankaraya köçürülüb

 

 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) SOCAR-ın İstanbul nümayəndəliyinin ləğv edilməsi barədə yayılan xəbərə aydınlıq gətirib.

 

SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev “APA-Economics”ə bildirib: “Burada söhbət “SOCAR Enerji Türkiyə”dən getmir. SOCAR-ın Türkiyədə iki müstəqil qurumu var. Onlardan biri “SOCAR Enerji Türkiyə”dir ki, bütün istehsalat məsələləri və oradakı layihələrlə məşğul olur. Digər isə SOCAR-ın Türkiyədəki nümayəndəliyidir. Sonuncu 2-3 nəfərdən ibarət olan bir qurumdur ki, əsasən protokol məsələləri ilə məşğul olur. Ankaraya köçürüldüyü deyilən qurum da SOCAR-ın Türkiyədəki nümayəndəliyidir, “SOCAR Enerji Turkiyə” deyil. “SOCAR Enerji Turkiyə” şirkətinə bu məsələlərin qətiyyən aidiyyatı yoxdur. Onlar İstanbulda necə öz fəaliyyətlərini həyata keçirirdilərsə, elə də davam etdirirlər”.

 

Qeyd edək ki, eyni məzmunlu cavabı “APA-Economics”ə “SOCAR Enerji Turkiyə”dən veriblər. Şirkətin mətbuat xidmətinin rəhbəri Berna Kütrkçi bildirib ki, “SOCAR Enerji Turkiyə” fəaliyyətini İstanbulda olduğu kimi, paytaxt Ankarada da davam etdirəcək. Ankaraya köçən isə SOCAR-ın nümayəndəliyidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 147
avatar

Oxşar yazılar