Bu sexdə şirniyyat hazırlayıblar
10 mart 2015 11:10 (UTC +04:00)

Bu sexdə şirniyyat hazırlayıblar

Lənkəran şəhərində qanunsuz fəaliyyət göstərən sexdə şirniyyat istehsalının qarşısı alınıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Leünt.az-a verilən məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran ərazi idarəsi tərəfindən daxil olmuş məlumat əsasında Lənkəran şəhəri, Nizami küçəsində yerləşən Səmədova Aliyə Mirzə qızına məxsus gizli və qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərən şirniyyat istehsalı ilə məşğul olan sexdə yoxlama aparılıb.

Araşdırma zamanı məlum olub ki, istehsal olunan şərq şirniyyatı paxlava, şəkərbura  və bulka məmulatları heç bir normativ sənəd, reseptura, gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal olunur. Həmçinin  istehsal zamanı istifadə olunan xammalların açıq və antisanitar şəraitdə saxlanması, mal qonşuluğuna əməl olunmaması, xammalın normativ sənədlərə uyğun olmadan qatılaraq hazırlanması faktları da aşkarlanıb.

Yoxlama nəticəsində sexdə şirniyyat istehsalı və satışı dayandırılıb, qanunvericiliyə müvafiq tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216

Oxşar yazılar