Şəmkirdə "West Gate" ("Qərb Qapısı") alış-veriş cərgəsinin açılışı baş tutmuşdur. Təntənəli açılış mərasimi 9 noyabr - Dövlət Bayrağı Günü ticarət cərgəsinin Şəmkirin tam girəciyində yerləşdiyi gerçəkləşdirilmişdir. Rəsmi hissə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov, "Synergy Group" ASC-də Müşahidə Şurasının sədri Riyad Hüseynov və "West Gate"- in direktoru Mahir Məmmədbağırovun ticarət cərgəsində faəliyyət göstərən şirkətlər nümayəndələrinə rəmzi açarları təqdim etməsi ilə müşayiət olunmuşdur. Söz alan rəsmi nümayəndələr sözügedən "West Gate" alış-veriş cərgəsinin regionların sosial-iqtisadi inkişafı baxımından əhəmiyyətini vurğulayaraq, xüsusilə də qeyri-neft sektoruna qoyulan sərmayə, sahibkarlığın inkişafı və ümumiyyətlə, bölgələrin inkişafı layihələrinin uğurlu icrasına nümunə kimi dəyərləndirmişlər.
Nəzərinizə çatdıraq ki, regionda analoqu olmayan bu ticarət cərgəsi 2 km boyunca uzanmaqla hazırda Azərbaycanın ən tanınmış brendi bir araya gətirir. Bunların sırasında ziyarətçilərin hər cür ehtiyacı və istirahəti üçün nəzərdə tutulmuş "Anadolu" restoranı, "Caspian Coast Winery Gallery" şərab dükanı, "Mado" kafesi, "SBuket" gül dükanı, "Cinici", "Kids Gallery", "Kığılı", "Koton", "Romantic" kimi geyim dükanları, "Caspel", "Music Gallery", "WorldTelecom" məişət texnikası dükanları, "Contact Home", "Fab boya", "Lindab", "STP", "Tuto Bella" kimi mebel, məişət əşyaları və tikinti materialların satış nöqtələri, "Ideal Perfumery & Cosmetics", "VMF", "TimSport" idman əşyaları dükanı, "Atabank", "Avis Aptek", "AvtoSalon", "Makro Market" artıq fəaliyyətə başlamışdır.
Qeyd edək ki, sadalanan şirkətlərdən əlavə gələcəkdə bir neçə tanınmış brendlərin də fəaliyyəti planlaşdırılır. Bu istiqamətdə ikitərəfli danışıqlar aparılmaqdadır.
Diqqətinizə çatdıraq ki, hal hazırda ticarət cərgəsinin ərazisində ziyərətçilərə parkinq xidməti təklif olunur. Yaxın gələcəkdə böyük şəhərlərdən birbaşa "West Gate" alış- veriş mərkəzinə xüsusi sərnişin avtobusları vasitəsilə müştərilərin çatdırılmasını təmin edəcək, marşrutun, habelə, 7000 m2 ərazidə ziyarətçilərin rahat hərəkət etməsi üçün mobil sərnişin daşıma maşınlarının təşkili nəzərdə tutulub.