Səfir Teymuraz Şaraşenidze azərbaycanlı iş adamlarından danışdı
31 iyul 2013 13:43 (UTC +04:00)

Səfir Teymuraz Şaraşenidze azərbaycanlı iş adamlarından danışdı

“TAP layihəsinin seçilməsi Gürcüstan iqtisadiyyatına 2 milyard dollar investisiya yatırılmasına səbəb olacaq”


 

“Azərbaycanla münasibətlərin dərinləşdirməsi bizim üçün prioritet məqsəd daşıyır”. APA-nın xəbərinə görə, bu fikirləri mətbuat konfransında Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze  bildirib.

 

Səfir qeyd edib ki, Azərbaycanın Gürcüstan üçün nə qədər vacib ölkə olduğunu tez-tez baş tutan qarşılıqlı səfərlər sübut edir: “Gürcüstan hökumətinin demək olar ki, bütün üzvləri, o cümlədən baş nazir İvanişvili artıq Azərbaycana səfər ediblər. Ərazi bütövlüyü və regionun iqtisadi inkişafı kimi ümumi çağırışlar hər iki hökumət üçün əhəmiyyətlidir".

 

Teymuraz Şaraşenidzenin sözlərinə görə, Xəzər qazının Avropaya nəqli üçün TAP layihəsinin seçilməsi Gürcüstan iqtisadiyyatına təqribən 2 milyard dollar investisiya yatırılmasına və yeni iş yerlərinin açılmasına səbəb olacaq: "Bakı-Tiflis-Qars layihəsi də iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynayır. Azərbaycan iş adamları artıq Gürcüstan iqtisadiyyatına 210 milyon dollar investisiya yatırıblar. Bunun nəticəsində minlərlə yeni iş yerləri yaradılıb”.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862
avatar

Oxşar yazılar