Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 22-də respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını açıqlayıb.
Lent.az-ın verdiyi məlumata görə, hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri sırasında Sabirabad Rayon İcra Hakimiyyətinin Kommunal Müəssisələr Kombinatının tabeliyində olan 2 saylı hamam da var.
Sabirabad şəhəri, İ.Qayıbov küçəsi, 18 ünvanında yerləşən hamamın sahəsi 348,9 kv.m, ilkin və start satış qiyməti 15 min 655 manatdır.